Modern.az

Kürdəmirdə avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Aktual

3 Avqust 2019, 16:59

Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonun Atakişilər kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Kamalə Balaca qızı Cavadovanın idarə etdiyi "Mitsubishi" markalı minik avtomobili aşıb. Nəticədə sürücü K. Cavadova və sərnişinləri - 55 yaşlı Roza Cəfərova, 21 yaşlı Aytac Bədəlova və 15 yaşlı Gülnur Cəfərova müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.        

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı