Modern.az

Fatih Terim 4 oyunluq cəza aldı

Fatih Terim 4 oyunluq cəza aldı

Current

6 Sentyabr 2019, 20:01

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi 4 oyunluq cəzalandırıb.

Modern.az  Türkiyə mediasına  istinadən xəbər verir ki, onun ölkə çempionatının 3-cü turunda “Kayserispor”la matçdan sonrakı açıqlaması idman qaydalarına zidd hesab edildiyi üçün bu cəza tətbiq olunub.

Beləliklə, 66 yaşlı mütəxəssis Superliqada “Kasımpaşa”, “Malatyaspor”, “Fənərbaxça” və “Gənclərbirliyi” ilə oyunlarda texniki zonada yer ala bilməyəcək. Bundan başqa, F.Terim 19 min türk lirəsi məbləğində cərimələnib.

“Qalatasaray”ın məşqçisi Ümit Davala da rəqib komandanın azarkeşlərini təhqir etdiyinə görə 3 oyunluq cəzalandırılıb, 19 min 500 türk lirəsi məbləğində cərimələnib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı