Modern.az

Bakıya gətirilən mənşəyi məlum olmayan ət saxlanıldı - FOTOLAR

Bakıya gətirilən mənşəyi məlum olmayan ət saxlanıldı - FOTOLAR

Актуально

3 Oktyabr 2019, 12:57

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə oktyabrın 2-i gecə 23.00 radələrində Bərdə rayonu ərazisində əməliyyat həyata keçirib.

 

Modern.az AQTA-ya istinadən xəbər verir ki, əməliyyat zamanı Tərtər rayonu Mamırlı kənd sakini Əhmədov Asəf Rəşid oğluna məxsus “Mercedes-Benz” markalı 59- BH- 389 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin yük yerindən bir baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik göstəricilərinə görə ətin qansızlaşdırılmasının düzgün aparılmadığı, bakterioloji çirklənməyə məruz qaldığı müəyyən edilib.

 

İstifadəyə yararsız əti paytaxta gətirən şəxs onu tanışı Bərdə rayon sakini Arzuman adlı şəxsin istəyi ilə Bakı şəhərinə apardığını bildirib.

 

Ümumi çəkisi 180 kiloqram olan heyvan cəmdəyindən nümunələr götürülərək analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı