V çağırım Milli Məclisin deputatları sabah Özbəkistana gedirlər.
Modern.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və qrupun üzvü, deputat Cavanşir Paşazadə Özbəkistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dekabrın 19-da bu ölkənin paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.
Deputatlar seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, prosesin gedişatı zamanı ölkə vətəndaşlarının fəallığını izləyəcəklər.
Səfər dekabrın 24-də başa çatacaq.