Modern.az

Bahalaşma riski yoxdur - Sahil Babayev

Bahalaşma riski yoxdur - Sahil Babayev

مورد توجه

6 Fevral 2020, 19:04

"Bizim hesablamalarımız onu göstərir ki, ciddi inflyasiya üçün hər hansı bir təhlükə yoxdur".

 

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamına həsr olunmuş mətbuat konfransında bildirib.

 

S.Babayev deyib ki, hazırda inflyasiya səviyyəsi idarə oluna bilən şəkildədir:

 

"İnflyasiya səviyyəsinin aidiyyati dövlət qurumları, o cümlədən Mərkəzi Bank tərəfindən sabit saxlanılması üçün müvafiq maliyyə alətlərindən istifadə edilməklə tədbirlər görülür. Ötən il pensiya və əməkhaqqı artan zaman inflyasiya bizim proqnozlarımızdan da aşağı oldu. Buna görə də geniş sosial paketin həyata keçirilməsi vətəndaşlarımız üçün ciddi bahalaşma riski yaratmır. Ötən il orta əməkhaqqı və orta pensiya 15 faiz, sosial müavinətlər və təqaüdlər orta hesabla iki dəfə artıb. Lakin inflyasiya 2,6 faiz olub. Bu onu göstərir ki, vətəndaşların gəlirləri inflyasiyadan altı dəfə çox artıb".

 

Nazir inflyasiya təhlükəsinin gözlənilmədiyini qeyd edib:

 

"Hökümət tərəfindən təsdiq edilmiş çərçivə var. O çərçivə daxilində inflyasiyanı saxlanması üçün AMB və adiyyəti dövlət qurumları tərəfindən tədbirlər görüləcək. Mən inanıram ki, bu ildə inflyasiyanın qarşısı alınacaq".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı