Modern.az

Gəncə sakinindən yarım kilo marixuana götürülüb

Gəncə sakinindən yarım kilo marixuana götürülüb

Current

12 Fevral 2020, 15:36

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini S.Abbasov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

 

Davam etdirilən tədbirlərlə onun yardımçı təsərrüfatından əlavə olaraq 465 qram marixuana aşkar edilərək götürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı