Modern.az

"Qəbələ" yarımfinala yüksəldi

Актуально

13 Fevral 2022, 18:25

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulur.

 

Modern.az xəbər verir ki, günün ilk matçında “Qəbələ” klubu doğma meydanda “Sumqayıt”ı qəbul edib. 

 

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İlk oyunda qələbə qazanan “Qəbələ” iki matçın nəticəsinə görə yarımfinala adlayıb.

 

Qeyd edək ki, sonuncu oyun “Səbail” ilə “Zirə” arasında baş tutacaq. 

 

Xatırladaq ki, “Qarabağ” “Keşlə”ni (1:0, 6:0), “Neftçi” isə “Sabah”ı (1:1, 3:1) mübarizədən kənarlaşdırıb.

 

Azərbaycan kuboku

1/4 finalın cavab oyunları

13 fevral

 

“Qəbələ” – “Sumqayıt” 1:1

Qol: İ.Alimi, 18 – A.Abdullayev, 82-pen.

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev.

Qəbələ şəhər stadionu, 15:00.

İlk oyun – 1:0.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı