Modern.az

Polis İsmayıllıda reyd keçirdi

Polis İsmayıllıda reyd keçirdi

Aktual

13 Mart 2022, 20:24

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri növbəti reyd zamanı dayanma-durma qaydalarını pozan 23 sürücü barəsində inzibati protokol tərtib olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində hərəkətin intensiv olduğu ərazilərdə, dayanma-durmanın qadağan edildiyi yollarda nəqliyyat vasitələrini park edən sürücülər aşkarlanıb.

 

Onlarla profilaktik söhbətlər aparıldıqdan sonra barələrində inizbati tənbeh tədbirləri görülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı