Yanvarın 31-i «Binə» Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzinin 6-cı sırasında baş verən yanğın səhər saat 8.30 radələrində başlayıb, sahəsi 40 kvadratmetr olan mağaza yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının digər dükanlara keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.
Modern.az