Modern.az

Sirk ustalarından "Aprel döyüşləri"nin ildönümü ilə bağlı konsert

Sirk ustalarından

Aktual

2 Aprel 2022, 17:48

Aprel döyüşlərinin 6-cı ildönümü münasibətilə Bakı Dövlət Sirkinin truppası Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri üçün pansionatda konsert proqramı ilə çıxış edib.

 

Modern.az xəbər verir ki, milli truppanın çıxışlarını Bakı Dövlət Sirkinin orkestr heyəti müşayiət edib. Orkestrin repertuarında Azərbaycan və xarici musiqi nümunələrinin sintezinə üstünlük verilib.


Ümumilikdə 1 saat 20 dəqiqədən ibarət olan proqramda Bakı Dövlət Sirkinin 47 nəfər yaradıcı heyəti iştirak edib.


Proqramda sirk sənətinin janrlarına aid olan biri-birindən maraqlı nömrələrə yer verilib. Sonda sirk orkestrinin ifasında Azərbaycan cəngisinin cazla sintezi səsləndirilib.


Qeyd edək ki, Bakı Dövlət Sirki xeyriyyə məqsədilə səyyar manejini cəmiyyətin həssas təbəqələrinin qarşısında quraraq mütəmadi olaraq çıxışlar edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı