Modern.az

Rusiya Ermənistanın sərhədlərini qoruyacaq – Lavrov vəd verdi

Rusiya Ermənistanın sərhədlərini qoruyacaq – Lavrov vəd verdi

مورد توجه

8 Aprel 2022, 14:26

Rusiya sərhədin mühafizəsinin təmin edilməsində və müdafiə qabiliyyətinin gücləndirilməsində Ermənistana yardımı davam etdirəcək.

 

Modern.az xəbər verir ki, bunu cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşdə deyib.

 

“Biz Ermənistanın əsas müttəfiqi mövqeyindən çıxış edərək, müdafiə qabiliyyətinizi gücləndirmək və sərhədin mühafizəsini təmin etmək üçün sizə kömək edəcəyik”, - Lavrov bildirib.

 

Nazir qeyd edib ki, tərəflər danışıqlarda MDB, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlığın perspektivlərinə də toxunacaqlar. 

 

"İndi Ermənistan KTMT-yə sədrlik edir, ona görə də öz hərəkətlərimizi Ermənistanın bu təşkilatın üzvlərinə təqdim etdiyi planlarla müqayisə etmək bizim üçün daha vacibdir", - deyə Lavrov vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı