Modern.az

“Qarabağ”ın Avroliqadakı rəqibləri bəlli oldu

“Qarabağ”ın Avroliqadakı rəqibləri bəlli oldu

Current

26 Avqust 2022, 15:35

"Qarabağ" klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri məlum olub.

 

Modern.az xəbər verir ki, Avroliqanın qrup mərhələsinin püşkatma mərasimi Türkiyənin İstanbul şəhərində keçirilib.

 

Püşkatma nəticəsində Azərbaycan təmsilçisi G qrupuna düşüb. "Qarabağ" qrup oyunlarında "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant" (Fransa) komandaları ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, qrup mərhələsi altı turdan ibarət olacaq. Oyunlar sentyabrın 8-də, 15-də, oktyabrın 6-da, 13-də, 27-də və noyabrın 3-də keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı