Modern.az

11 yaşlı oğlanı maşın vurub öldürdü

11 yaşlı oğlanı maşın vurub öldürdü

Güncel

27 Avqust 2022, 21:38

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.

 

Məlumata görə, Bakı şəhəri, Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü İqor Skokov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Şabran rayonunun Ağalıq kənd sakini, 2011-ci il təvəllüdlü Ağayev Hacıbala Davud oğlunu vurub. Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı