Modern.az

Lənkəran qaranlığa qərq oldu - “Azərişıq”dan açıqlama

Lənkəran qaranlığa qərq oldu - “Azərişıq”dan açıqlama

Aktual

5 Sentyabr 2022, 22:48

“Lənkəranda külək səbəbindən dayanan elektrik enerjisinin bərpası üçün işlər aparılır”.

 

“Azərişıq” ASC-dən Modern.az-a verilən məlumata görə, qurumun əməkdaşları hazırda hadisə yerindədirlər. Bildirilir ki, qəza yerində olan əməkdaşlar təmir işləri aparırlar və qısa zamanda elektrik enerjisinin verilməsi bərpa ediləcək.

 

Qeyd edək ki, Lənkəranda güclü külək fəsadlar törədib. Şəhərin bir neçə hissəsində elektrik enerjisinin verilişi dayanmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı