Modern.az

Avropa Şurasından sərhəddə baş verənlərə REAKSİYA

Avropa Şurasından sərhəddə baş verənlərə REAKSİYA

Aktual

13 Sentyabr 2022, 13:28

Azərbaycan-Ermənistan sərhədində hərbi eskalasiya barədə məlumatlar böyük həyəcan doğurur.

 

Modern.az-ın məlumatına görə, bu barədə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin bəyanatında deyilir.

 

"Hər iki ölkənin liderləri arasında bir müddət əvvəl baş vermiş birbaşa təmaslar ümidverici idi və davam etdirilməlidir. Avropa Şurası dinc tənzimləmənin nail olunmasına yol açacaq bütün səylərə kömək göstərməyə hazırdır", - bəyanatda deyilir.

 

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı