Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, Rusiya prezidenti Vladimir Putinə rusiyalıların 81,5%-i etibar edir, onun fəaliyyətini 78,3%-i bəyənir.
Modern.az xəbər verir ki, Mərkəzin keçirdiyi sorğunun nəticələri Ria Novosti-də dərc olunub.
Prezident Putinin fəaliyyətini respondentlərin 78,3%-i, Rusiyanın baş naziri Mixail Mişustinin fəaliyyətini 52,5%-i, Rusiya hökumətinin fəaliyyətini isə 51,6%-i bəyənib.
Sorğu 2022-ci il sentyabrın 5-dən 11-dək 18 və yuxarı yaşda olan 11200 rusiyalı arasında keçirilib.