İngiltərənin “Mançester Yunayted” klubu məşhur hücumçu Kristiano Ronaldonu əsas heyətdən kənarlaşdırıb.
Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı futbolçu Premyer Liqanın 13-cü turunda “Çelsi” ilə keçiriləcək oyun üçün heyətə daxil edilməyib.
Məlumata görə, portuqaliyalı hücumçu intizamsız davranışlara yol verib.
Qeyd edək ki, Ronaldo Premyer Liqanın 12-ci turunda “Tottenhem”lə keçirilən görüşün 89-cu dəqiqəsində stadionu tərk edib. Onun həmin oyunun gedişində meydana daxil olmaqdan imtina etməsi ilə bağlı xəbərlər yayılıb. Bu səbəbdən məşqçilər korpusu ulduz futbolçunu cəzalandırmağa qərar veriblər.