Modern.az

Dekabrda Bakıya qar yağmayacaq

Dekabrda Bakıya qar yağmayacaq

Актуально

2 Dekabr 2022, 16:40

Bu ilin dekabr ayı ərzində Bakıya qar yağması gözlənilmir.

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

 

Onun sözlərinə görə, dekabrda paytaxtda havanın temperaturu gecə və gündüz bir-birinə yaxın olacaq.

 

"Bakıda 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da dekabr ayının norma göstəriciləri ilə müqayisədə bir qədər aşağıdır. Şaxta gözlənilmir. Buna görə də Bakıda və Abşeron yarımadasında yağıntılar əsasən yağış şəklində olacaq. Qar mənzərələri görmək istəyənlər Böyük və Kiçik Qafqazın rayonlarına səyahət edə bilərlər. İstirahət günlərində həmin zonalarda yağıntıların bir qədər intensiv olacağı ehtimal edilir. Dağlıq rayonlarda qar yağacaq”, - deyə U.Tağıyeva qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı