Ötən həftə Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu qardaş Türkiyə mediasının da diqqət mərkəzindədir.
Modern.az xəbər verir ki, “Küresel Gazeteciler Konseyi”nin rəhbəri Mehmet Ali Dimin müəllif verilişində Azərbaycan səfirliyinə hücum və xain terror olayının arxasında duran gizli məqamlar müzakirə edilib.
Əməkdar jurnalist Elşad Eyvazlı və Yakup Aslanın qatıldığı proqramda İran dövlətinin terrorçu siması ifşa olunub. Bildirilib ki, molla rejimi Azərbaycanı özünə düşmən seçərsə, tezliklə məhv olacaq.
Ətraflı video: