Modern.az

Naxçıvanda səhiyyə müəssisələrinə yeni avadanlıqlar verildi

Naxçıvanda səhiyyə müəssisələrinə yeni avadanlıqlar verildi

Aktual

2 Avqust 2023, 16:52

Naxçıvanda səhiyyə müəssisələrində yeni avadanlıqlar verilib.

 

Modern.az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində lazımi tədbirlər görülür.

 

Belə ki, tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz olunması bu işlərin tərkib hissəsi kimi diqqətdə saxlanılır. Bu da əhaliyə göstərilən göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırır. Bu işlərin davamı olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində kompüter tomoqrafiya, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanasına və Naxçıvan Muxtar Respublika Xəstəxanasında yeni tibbi avadanlıqlar istifadəyə verilib.

 

Naxşıvan Səhiyyə Nazirliyinin əməkdaşı Lətafət Əhmədova bildirib ki, istifadəyə verilən 3 yeni tibbi cihazdan 2-si EXO, 1-isə kompüter tomoqrafiya aparatıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı