Modern.az

Şoyqu amerikalı həmkarının zənglərinə cavab vermir

Şoyqu amerikalı həmkarının zənglərinə cavab vermir

Мир

7 Aprel 2022, 21:20

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Senatda keçirilən dinləmələr zamanı fevral ayından etibarən rusiyalı həmkarı Sergey Şoyqu ilə müntəzəm olaraq əlaqə saxlamağa cəhd etdiyini bildirib.

 

Modern.az xəbər verir ki, o, cəhdlərinin uğursuzluqla nəticələndiyini diqqətə çatdırıb.

 

Ostin fevralın ortalarından ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley ilə birgə müntəzəm olaraq Rusiyadakı həmkarları ilə əlaqə saxlamağa çalışdıqlarını vurğulayıb. Müdafiə naziri əlavə edib ki, bu məsələdə çox böyük irəliləyiş əldə edə bilməyiblər.

 

“Çünki ruslar cavab vermir”, - deyə Lloyd Ostin bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı