Modern.az

Bu gün daha 9 rayonda buraxılış imtahanları keçirilir

Bu gün daha 9 rayonda buraxılış imtahanları keçirilir

Ölkə

13 İyun 2011, 10:57

Orta məktəblərin 9-cu və 11-ci sinifləri üzrə buraxılış imtahanları davam edir. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az saytına verilən məlumata görə, bu gün daha 9 rayonda buraxılış imtahanları keçirilir.
Ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə (11-ci sinif) buraxılış imtahanları ana dili və ədəbiyyat, riya­ziyyat, Azərbay­can tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fən­lə­rin­­dən keçirilir. 

Bugünkü imtahanlar Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında keçirilir.

Qeyd edək ki, bundan öncə iyunun 2-də Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında;
iyunun 4-də Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında; 
iyunun 7-də Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında;
iyunun 10-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkə­sən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında buraxılış imtahanlarl keçirilib.

Mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən növbəti buraxılış imtahanları 16 iyun tarixində Astara, Biləsuvar, Cəlil­abad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında keçiriləcək.

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az saytına verilən məlumata görə, indiyədək keçirilən buraxılış imtahanlarının cavabları iyunun 20-dən sonra açıqlanacaq.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı