Azərbaycan prokurorluq orqanlarında kadr dəyişiklikləri olub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin mətbuat xidmətinin prokuroru Təranə Vəlizadə tutduğu vəzifədən azad olunmaqla xidmətin böyük prokuroru, Kürdəmir rayon prokurorunun köməkçisi Çingiz Əlizadə isə tutduğu vəzifədən azad olunmaqla mətbuat xidmətinin prokuroru vəzifəsinə təyin edilib.
Modern.az