Modern.az

Gülər Əhmədovanı çıxarıb, əvəzinə onları seçdilər - SİYAHI

Gülər Əhmədovanı çıxarıb, əvəzinə onları seçdilər - SİYAHI

کشور

10 Dekabr 2012, 22:17

Dekabrın 10-da Beynəlxalq Diaspor Mərkəzinin (BDM) II konfrans-qurultayı keçirilib. BDM mətbuat xidmətindən Modern.az-a xəbər verilib ki, qurultayda təşkilat komitəsinin sədri Samir Adıgözəlli bu günə qədər görülmüş işlər haqqında məlumat verib. Daha sonra mandat komissiyasının hesabatı dinlənilib. Qurultaya sədrlik edən prof. Vaqif Arzumanlı gündəlikdə duran məsələləri nümayəndələrin müzakirəsinə verərək, BDM-in qurultayına xarici ölkələrdən gəlmiş təbrikləri iştirakçıların diqqətinə çatdırıb. Daha sonra qurultayda iştirak edən qonaqlardan Prezident Administrasiyasının diasporla iş üzrə sektor müdiri Qafar Əliyev, Azərbaycan Pedoqoji Universitetinin prorektoru Vilayət Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, DAK daimi şurasının sədri Əjdər Tağızadə, DAK idarə heyətinin üzvü Xəzər Emin və digərləri BDM-in qurultayı ilə bağlı təbriklərini bildiriblər.
BDM sədri hesabatla çıxış edərək, ötən konfransdan bu günə qədər təşkilatın həyata keçirdiyi tədbirlər haqqında iştirakçılara məlumat verib. Sədrin hesabatından sonra təşkilatın fəaliyyətini əks etdirən fotoslayd nümayiş olunub. Gündəlik məsələlər ətrafında qurultay nümayəndələri professorlar Vəli Əliyev, Ənvər Əhməd, BDM-in Avropa təmsilçiliyinin rəhbəri Azər Kərimov, BDM-in Rusiya təmsilçiliyinin rəhbəri Ələmdar Nəbiyev, İradə Rizazadə, professor Leyla Gərayzadə, tədqiqatçı Əziz Ələkbərli və başqaları çıxış edib. BDM-in NTK sədri Əkbər Vəliyev də çıxış edərək məruzəsində ötən dövr ərzində təşkilatın idarəetmə orqanlarının fəaliyyətinin nizamnaməyə uyğun həyata keçirildiyini bildirib. Daha sonra təşkilatın seçkili orqanlarına seçkilər keçirilib. BDM-in sədrliyinə yenidən İsmayıl Ağayevin namizədliyi irəli sürülüb və yekdilliklə İ. Ağayev sədr seçilib.
Daha sonra idarə heyətinin tərkibi aşağıdakı tərkibdə formalaşdırılıb:

1. İsmayıl Ağayev
2. Vaqif Arzumanlı
3. Vəli Əliyev
4. Ənvər Əhməd
5. Samir Adıgözəlli
6. İradə Rizazadə
7. Leyla Gərayzadə
8. Azər Kərimov
9. Ələmdar Nəbiyev
10. Nüşabə Ələsgərli
11. Rauf Zeyni
12. Əziz Ələkbərli
13. Ceyhun Ağayev

BDM-in Nəzarət Təftiş Komissiyası aşağıdakı tərkibdə formalaşıb:

Elçin Süleymanov,
Əkbər Vəliyev,
Alı Əliyev.

Daha sonra qurultay adından xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına müraciət və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunub. Qurultaydan sonra BDM idarə heyətinin iş toplantısı keçirilərək, Vaqif Arzumanlı, Samir Adıgözəlli və Ənvər Əhmədin sədr müavinləri vəzifəsinə, Vəli Əliyevin isə BDM məclisinin sədri vəzifəsinə təyinatları təsdiq edilib. Bundan başqa BDM-in digər strukturları ilə bağlı təyinatlar məsələsinə baxılıb.

Bununla da indiyədək Beynəlxalq Diaspor Mərkəzinin İdarə Heyətinin üzvü olmuş sabiq deputat Gülər Əhmədova qurumdan xaric edilib.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı