Modern.az

Üç müşahidə

Üç müşahidə

Ölkə

27 Avqust 2013, 12:20

1) Prezident seçkilərinə start verilən kimi Mərkəzi Seçki Komissiyasnın qarşısındakı yolu eninə-uzununa qazdılar. Seçkilərə namizəd olaraq qoşulanlar yenə də əzablı yollardan keçməli olacaqlar.

2) Türkiyədən gözdən əlillərin futbol yarışına baxıram. Bu insanların həyat eşqi, idmana həvəsinə heyran qaldım. Düşündüm ki, Azərbaycanda da belə yarışların keçirilməsinə ehtiyac var. Dünya işığından məhrum olan bu insanlarda özlərinə güvən yaratmaq üçün bunu etmək vacibdir. Sonra xatırladım Berti Foqts adına Azərbaycan futbol millisinin yaxın keçmişdə Lüksemburqla, Andorra ilə oyunlarını və bu düşüncədən dərhal uzaqlaşdım. Əslində Lüksemburqun, Andorranın qapısını görə bilməyən oyunçularımız neçə illərdir gözdən əlillərdən də pis futbol oynayırlar.

3) "Filankəs mənim adamımdır." Özündən müştəbeh Azərbaycan cəmiyyətində tez-tez işlənən ifadə. Uca Yaradan öz yaratdığına mənim adamım demir, özü yaradılmış azərbaycanlı başqa yaradılmış azərbaycanlıya mənim adamım deyir. Maraqlıdır ki, əksər hallarda bu ifadəni ADAM olduğunu isbatlamamış adamlar işlədir...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı