Liviya lideri vəzifədən getdikdən sonra şəxsi toxunulmazlığının təmin olunmasını istəyib
Liviya lideri Müəmmər Qəddafi şəxsi toxunulmazlığının təmin edilməsi şərti ilə hakimiyyətdən imtina etməyə razı olub. Modern.az “Kommersant” qəzetinə istinadən bildirir ki, bu barədə Kremldə yüksək vəzifəli mənbə deyib. “Polkovnik təhlükəsizliyinə və toxunulmazlığına təminat veriləcəyi təqdirdə hakimiyyətdən getmək istədiyi haqda siqnallar göndərib. Belə bir təminat ona veriləcək”-deyə mənbə açıqlayıb.
Qəddafinin getməsi barədə bəyanat dünən Soçidə keçirilən Rusiya-NATO Şurasının iclasında verilib.