Modern.az

Təhsil Nazirliyinin rəsmisi: “Test kitabındakı səhvlər araşdırılacaq”

Təhsil Nazirliyinin rəsmisi: “Test kitabındakı səhvlər araşdırılacaq”

5 Yanvar 2012, 15:17

Səhvlər təsdiqlənsə, onu aşkar edən ekspertə təşəkkür ediləcək

Təhsil Nazirliyinin attestat imtahanlarına hazırlaşmaq üçün şagirdlərə təqdim etdiyi test kitabında xeyli səhvlər aşkarlanıb. Kimya elmləri namizədi, ekspert Səftər Nəhmətli həmin test kitabının kimya bölməsindəki səhvləri Modern.az saytına konkret misallarla bildirib. Ekspertin fikirlərinə münasibət öyrənmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva ekspertin üzə çıxardığı səhvlərin mütəxəsisslər tərəfindən araşdırılacağını bildirib: “Biz kimya üzrə ekspertə təşəkkürümüzü bildiririk ki, vaxtını ayırıb həmin test kitabını oxuyub və qeydlərini edib. Onun səhv hesab etdiyi test tapşırıqları kimya mütəxəsissləri tərəfindən araşdırılcaq. Əgər yalnışlıq yoxdursa, o zaman bunun izahı veriləcək, əksinə səhvlər varsa, onda biz ona təşəkkür məktubu yazacağıq”.

Qeyd edək ki, mərkəzləşdirilmiş qaydada attestat imtahanları 2010-cu ildən keçirilməyə başlayıb və imtahanlara hazırlaşmaq üçün həmin ildə nazirlik tərəfindən test kitabı hazırlanıb, satışa buraxılmışdı. O zaman Təhsil Nazirliyi tərəfindən elan edilmişdi ki, bu nəşr 5 il müddətinə hazırlanır. Lakin 2011-ci ilin sonunda həmin kitaba bir neçə düzəliş etməklə, yaxud testlərin sayını dəyişməklə yenidən nəşr olundu. 

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...