Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə 2019-cu il iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edilib.
Modern.az xəbər verir ki, imtahanda III ixtisas qrupu üzrə 1 abituriyent maksimum nəticə göstərib.
Bakı şəhəri 192 nömrəli tam orta məktəbin məzunu Zülfiyeva Səbinə Novruz qızı ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.