Modern.az

"Eurovision-2012" üçün akkreditasiyanın vaxtı açıqlanıb

"Eurovision-2012" üçün akkreditasiyanın vaxtı açıqlanıb

Təhsil

11 Fevral 2012, 12:00

Bakıda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsinin nümayəndə heyətləri, jurnalistlər və fanatlar üçün akkreditasiyanın başlanma tarixi açıqlanıb.

Akkreditasiya prosesi fevralın 15-də Mərkəzi Avropa vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 15:00) başlayacaq.

Qeydiyyat aprelin 20-dək Mərkəzi Avropa vaxtı ilə saat 23:59-a (Bakı vaxtı ilə saat 02:59) kimi davam edəcək.

Akkreditasiya prosesi "Eurovision" Mahnı Müsabiqəsinin rəsmi saytı olan eurovision.tv-də Eurovision Family Accreditation System (EFAS) vasitəsi ilə həyata keçiriləcək.
Aprelin 20-dən sonra bu sistemə müraciət edən şəxsin akkreditasiyadan keçəcəyinə zəmanət verilmir.
May ayında keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsi üçün biletlər və otellər barədə ətraflı məlumat yaxın zamanlarda açıqlanacaq.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!