“120 min uşağın bu il məktəbəqədər hazırlıq qruplarında təhsil almasını planlaşdırırıq”.
Modern.az-ın məlumatına görə, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
E.Əmrullayev deyib ki, oktyabrın 1-dən həftədə 2 dəfə olmaqla məktəbəqədər hazırlıq qruplarında tədrisin başlanması planlaşdırılır:
“Noyabrın 2-nə qədər bu rejimdə işləyə bilsək, bu, müəyyən mənada uğur hesab edilə bilər”.