“Gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı hər hansı plan, layihə təsdiqlənməyib”. Bu sözləri Modern.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib. O qeyd edib ki, hazırda bununla bağlı hazırlanan layihələr üzərində iş gedir. “Layihələr tamamlanandan sonra iclas keçiriləcək və orada media nümayəndələrinə ətraflı məlumat veriləcək. Hələ ki iş gedir”.