Modern.az

1010 müəllimlə daimi, 395 müəllimlə müvəqqəti müqavilə bağlanıb

1010 müəllimlə daimi, 395 müəllimlə müvəqqəti müqavilə bağlanıb

Təhsil

28 Dekabr 2021, 11:55
1010 müəllimin iş yeri daimiləşib.
 
Bakı Şəhəri Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələri üzrə vakant yerə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər üçün 2021-ci ilin fevral, aprel və may aylarında onlayn müsahibələr keçirilib.
 
Müsahibələr nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan 1010 nəfər müəllimin iş yeri daimiləşib.
 
Məlumata görə, 395 müəllimlə isə müddətli müqavilə bağlanıb. 2021-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə (65 yaş) çatmış 395 müəllimlə müddətli müqavilə bağlanıb.
Whatsapp
Bizə yazın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar