Modern.az

Nazir müəllimlərin seçkilərdə iştirakından DANIŞDI

Nazir müəllimlərin seçkilərdə iştirakından DANIŞDI

27 Fevral 2023, 15:58

Təhsil işçilərinin seçki müddətində iştirakı dövrü xarakter daşıyır.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

Onun sözlərinə görə, həmin müddətdə müəllimlərin maaşı olduğu kimi saxlanılır. Nazir vurğulayıb ki, bu işdə qanun pozuntusu yoxdur.

 

E.Əmrullayev bildirib ki, adətən kənd yerlərində ali təhsilli insanlar məktəbdə olduğundan onların seçki prosesinə dəstəyi müsbətdir. Nazir təhsil işçilərinin təşkilatçılıq qabiliyyəti olduğundan öz arzu və istəyi ilə seçki prosesinə cəlbində maneə görmədiyini söyləyib.

 

"Onlar bu işə təyinatla göndərilmir”, - E.Əmrullayev deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!