Modern.az

Nazir magistraturaların ləğvindən DANIŞDI

Nazir magistraturaların ləğvindən DANIŞDI

Təhsil

4 May 2023, 17:24

Elm və təhsil naziri Emin Əmrullayev elmi müəssisələrdə magistraturaların ləğvi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinə dair təklifə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən nazir hələ magistraturaya qəbul planının elan edilmədiyini xatırladıb.

 

"Amma bildiyiniz kimi, bir sıra elmi müəssisələrlə ali təhsil müəssisələri arasında anlaşma memorandumları imzalanıb. Bizim yanaşmamız ondan ibarətdir ki, magistratura proqramları birgə olsun. Məsələn, tələbə qəbulu Bakı Dövlət Universitetinə olsun, onun tədqiqat hissəsi isə şərti olaraq Fizika, Kimya İnstitutunda aparılsın. Yəqin ki, daha çox o istiqamətə doğru irəliləyəcəyik. Hansı mərhələlərlə olacağını isə yaxın həftələrdə siz də biləcəksiniz", - deyə E.Əmrullayev bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü