st1:*{behavior:url(#ieooui) }
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfəri çərçivəsində Ermənistan prezidenti Serj Sərkisyanla bir araya gələcək. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu gün Vaşinqtoqa qayıdan səfir Namik Tanın ilk işi Ərdoğan və Sərkisyan arasında görüşün təşkilidir.
Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, Ankara ayaqüstü diplomatiya istəmir. Yəni Ərdoğan aprelin 12-13-də “Nüvə təhlükəsizliyi” sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama və Ermənistan prezidenti Serj Sərkisyanla ayaqüçtü deyil, planlı bir görüş həyata keçirmək niyyətindədir.
“Sabah”ın yazdığına görə, Ərdoğan həm Obamaya, həm də Sərkisyana mesajlar verəcək.
Ərdoğandan Sərkisyana 3 mesaj
- Türkiyə və Ermənistan arasında yaxınlaşma prosesinin uğurlu olması üçün hər iki ölkənin liderlərin güclı iradəsinə ehtiyac var,
- Prosesin parlamentdə təsdiqlənməsi üçün erməni diasporunu dayandırın,
- Minsk prosesini birlikdə müzakirə edək.
Ərdoğan Obamaya da 3 mesaj
Ərdoğan Obamanı həm protokolların, həm də Minsk prosesinin inkişaf etdrilməsi üçün səylərini artırmağa çağıracaq:
- Ermənistana Madrid prinsiplərini qəbul etməsi üçün təzyiqlər göstərməlisiniz,
- Qafqazlarda sabitliyin təmin olunması, eləcə də Dağlıq Qarabağ məsələsində, habelə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması proseslərində Amerika öz missiyasını yerinə yetirməlidir. Liderliyinizdən istifadə edin,
- Türkiyə Bakıdan vaz keçə bilməz.
Modern.az