Modern.az

Ekspert: “Türk qızılı” bahalaşsa da təşvişə əsas yoxdur, qiymət artmayacaq”

Ekspert: “Türk qızılı” bahalaşsa da təşvişə əsas yoxdur, qiymət artmayacaq”

Təhsil

27 İyul 2013, 11:30

Son vaxtlar dünya bazarında qızılın qiyməti kəskin şəkildə bahalaşıb. Modern.az-ın xəbərinə görə, Türkiyə bazarlarında da sarı metalın qiymətindəki bahalaşma ən yüksək səviyyəyə çatıb. Belə ki, qonşu Türkiyədə bir həftə ərzində yüksəlişlə başlayan qızılın unsiyası, son on gündə 1323,09 dollara qədər yüksəlib. Ekspertlər isə hesab edir ki, qardaş Türkiyədə qızılın bahalaşması yerli bazara təsirsiz ötüşməyəcək.

İqtisadçı Vüqar Bayramov hesab edir ki, dünya bazarında qızılın qiymətində azalma tendensiyası son bir ayda artma ilə əvəz olunub. Son bir gündə isə bu artım 1,7 % təşkil edib. “İl ərzində isə qızılın qiymətində 18%, son altı ayda isə 23% aşağı düşüb. Son bir ayda isə qiymətli metalın dəyərinin stabilləşməsi və bir qıram qızılın 2 dollar 27 sentə təklif olunması müşahidə olunur. Ona görə də Türkiyədə qızılın qiymətinin artması son bir ayda dünya bazarındakı qiymət stabilliyi ilə bağlıdır.

Dünyada qızılın qiymətində enmə baş verəndə Azərbaycanda qızılın qiymətində heç bir dəyişiklik baş vermədi. Ona görə də hələlik qiymət artımını gözlənilmir. Azərbaycanda eyni keyfiyyətli qızılın qiyməti qonşu ölkələrlə müqayisədə daha yüksək hesab olunur”.

Ekspert deyir ki, Azərbaycanda qızılın qiymətində hələ ki, ciddi artım müşahidə olunmayacaq. Çünki ölkəyə gətirilən qızılın xammalının bir qismi Türkiyə, Dubay, Rusiya, İtaliyada qızılın qiymətinin aşağı olan vaxtı alınmış xammallardır. İqtisadçının sözlərinə görə, həmin xammal ehtiyatı vaxtilə dünya bazarında qızılın qiymətinin aşağı olduğu vaxt alınan ehtiyat olduğundan həmin qızılların qiyməti nisbətən aşağıdır. 

Vüqar Bayramov Ramazan ayının da qızıl bazarına təsirsiz ötüşmədiyini deyir. “Ramazan ayında qızıla tələbat azaldığından qiymətlərin də stabil qalmasına səbəb olur. Bu ayda toy mərasimi edənlərin sayı az olur. Ona görə də qızıla tələbat aşağı düşür”. İqtisadçı onu da bildirdi ki, hazırda müşahidə olunan stabilləşmənin avqust ayının ortalarına doğru qiymət artımı ilə müşahidə olunacağı proqnozlaşdırılır.  

 

Gültəkin ƏLƏSGƏR   

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!