Modern.az

Elçin Babayevlə bağlı niyə yenidən sərəncam imzalandı...

Elçin Babayevlə bağlı niyə yenidən sərəncam imzalandı...

Təhsil

27 Mart 2024, 15:57

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin edilib.
 

O, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq bu vəzifəyə gətirilib.


Bəs Elçin Babayevin yenidən təyin olunmasına niyə zərurət yaranıb?


Modern.az-ın məlumatına görə, rektorun yenidən təyin edilməsi dövlət başçısının 10 dekabr 2018-ci ildə imzalanan fərmandan irəli gəlir.
 

Belə ki, sözügedən fərmana əsasən, Azərbaycanda rektorlar 5 il müddətinə təyin edilir. Ölkəmizdə qanunvericiliyin geriyə qüvvəsi olmadığı üçün sözügedən qayda 2018-ci ilin dekabr ayından əvvəlki rektorlara aid edilmir. 

 

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 2019-cu ilin martın 11-də təyin edilib. Artıq onun təyin edilməsindən 5 ildən çox vaxt keçib və onun səlahiyyət müddəti bitmiş hesab edilir. Buna görə Elçin Babayev yenidən BDU rektoru vəzifəsinə təyin olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir