Modern.az

“Azəriqaz” rəhbərliyi aksiya keçirən keçmiş işçilərlə görüşüb

“Azəriqaz” rəhbərliyi aksiya keçirən keçmiş işçilərlə görüşüb

20 May 2014, 11:14



“Dünən İstehsalat Birliyi baş direktorunun müavini Ruslan Əliyev və hüquq departamentin rəhbərliyi “Azəriqaz”da ixtisara düşən işçiləri qəbul edib”. Bunu Modern.az-a açıqlamasında “Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri Araz Ağayev deyib.
“İxtisara düşən işçilərə vəziyyət izah olundu. Onlara bildirildi ki, bu, strukturun təkmilləşdirilməsi ilə bağlıdır”.

Xatırladaq ki, “Azəriqaz”ın bir qrup əməkdaşı dünən etiraz aksiyası keçirib. Səbəb İstehsalat Birliyində avadanlıqların istismarı üzrə yeraltı və yerüstü xətt baxıcıları olan ümumi sayı təxminən 136-ya çatan bütün qadınların məcburi qaydada işdən çıxarılmasıdır.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok