“Lerikin Piran kəndindəki meşədə dünəndən başlayan yanğın hələ də söndürülməyib. Buna səbəb həmin zonanın yüksək dağlıq ərazi olmasıdır”.
Bu barədə Modern.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, yüksək dağlıq ərazi olduğundan ora texnika cəlb edilə bilmir: “Ona görə də yerli qurumlarımızın əməkdaşları və sakinlər yanğının söndürülməsinə çalışırlar. Ərazidə ağacdan çox kol-kos yanıb. Yanğın ilkin olaraq bələdiyyə ərazisində başlayıb, oradan isə meşə fondunun ərazisinə keçib. Hazırda davam edən yanğın 5 hektara qədər ərazini əhatə edib”.Onun sözlərinə görə, rayon mərkəzindən 35 kilometr aralıda, dağlıq meşə ərazisində baş verən yanğına FHN-nin Aviasiya Dəstəsinin bir helikopteri cəlb edilib.
Gülşən RAUFQIZI