“Hesab edirəm ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin işçiləri vəzifələrini kifayət qədər yaxşı icra edir”.
Modern.az xəbər verir ki. bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova rəsmi Vaşinqtonun Bakıya səfir təyinatının gələn ilə saxlaması ilə bağlı məsələyə münasibətini açıqlayarkın deyib. Onun sözlərinə görə, ikitərəfli strateji əlaqələrin qurulmasında səfirin olması çox vacibdir. “Səfirin tezliklə təyin olunması daha yaxşı olardı”-deyə vitse-spiker qeyd edib.