Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları davam edir.
Modern.az-ın məlumatına görə, yarışların 15-ci günündə Azərbaycan güləşçisi Şərif Şərifov 86 kq çəki dərəcəsində mübarizəyə qoşulub.
1/8 final mərhələsində çinli idmançı Bi Şenqfenqlə qarşılaşan sərbəst güləşçimiz ilk hissədə rəqibindən üstün olub - 4:0.
İkinci hissədə çinli güləşçidən daha 6 xal alan təmsilçimiz növbəti mərhələyə yüksəlib - 10:0.
Modern.az