Modern.az

Jurnalist yenidən “Bandotdel”ə aparıldı

Jurnalist yenidən “Bandotdel”ə aparıldı

Aktual

17 Sentyabr 2016, 15:53

Həbsdə olan “JAM.az” saytının baş redaktoru Fikrət Fərəməzoğlu Kürdəxanı təcridxanasından Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Modern.az xəbər verir ki, bu barədə məlumatı baş redaktorun xanımı Faiqə İbişbəyli Facebook səhifəsində yayıb.
Fikrət Fərəməzoğlu arda-arda iki müraciət yayaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını bildirib. Baş redaktorun bu müraciətlərə görə yenidən BMCQMİ-yə qaytarıldığı bildirilir. Fikrət Fərəməzoğlunun xanımı  ona yenidən işgəncə veriləcəyindən narahatdır.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı