Modern.az

Bu gün Aşuradır

Bu gün Aşuradır

Aktual

12 Oktyabr 2016, 00:17

Bu gün İslam təqviminə əsasən, Məhərrəm ayının Aşura günüdür. Modern.az saytı xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Məhərrəm ayının 10-u -Aşura günü oktyabrın 12-nə təsadüf edir.

 

Fətvada qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

 

O da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.

 

Qeyd edək ki, Məhərrəm ayı oktyabrın 3-də başlayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı