Modern.az

“Qarabağ” Avroliqada mübarizəni dayandırdı

“Qarabağ” Avroliqada mübarizəni dayandırdı

Aktual

8 Dekabr 2016, 21:53

Bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilib. Modern.az saytı xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” qrupda sonuncu oyununu doğma meydanda İtaliyanın “Fiorentina” komandasına qarşı keçirib. Oyunda üstün tərəf meydan sahibləri olsa da, hesabı qonaqlar açıb. Oyunun 60-cı dəqiqəsində Veçino hesabı açaraq komandasını irəli çıxarıb.

"Qarabağ" 73-cü dəqiqədə Reynaldonun qolu ilə hesabı bərabərləşdirib. Amma bundan cəmi 3 dəqiqə sonra “Fiorentina”nın oyunçusu Kyezanın qolu “Qarabağ”ın arzularının üstündən xətt çəkib. Bununla da 2:1 hesabı ilə məğlub olan "Qarabağ" Avropa Liqasında mübarizəni dayandırıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı