İyunun 4-də Şəmkir şəhəri ərazisində Posanlı qəsəbə sakini Qurban Cəfərov özünə məxsus "Belarus" markalı traktordan mühərriki söndürmədən ot kiplərini boşaldarkən traktorun hərəkətə gəlməsi nəticəsində qarşıda dayanan "QAZ-33021" markalı avtomobillə traktorun arasında qalaraq hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırma aparılır.
Modern.az