Modern.az

Qurultay CHP-də dərin böhrana səbəb oldu

Qurultay CHP-də dərin böhrana səbəb oldu

Güncel

26 İyul 2018, 15:45

Türkiyədə CHP-nin növbədənkənar qurultayını tələb edən və bunu üçün imza toplayanlara partiyanın vəzifəli şəxslərindən birgə cavab verilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP-nin 59 il başçısı qurultayın partiyaya zərbə vuracağı ilə bağlı birgə bəyanat veriblər.

 

“Cəmiyyət  önündə sosial mediada və mətbuat qarşısında bəyanat verərək növbədənkənar qurultay üçün başladılan imza kompaniyası partiyamıza zərrə verir. CHP il başçıları olaraq qurultay müzakirələrinin cəmiyyət qarşısında imza yarışına çevirərək aparılmasına qarşıyıq. Fövqəladə Hal rejimini daimi etmək istəyən iqtidarın fəaliyyəti zamanı partiyamızı növbədənkənar qurultaya aparmaq tək adam rejiminə xeyirdir” – bəyanatda bildirilir.

 

Növbədənkənar qurultay məsələsi ilə demək olar ki iki cəbhəyə ayrılan CHP-də əks cəbhədən cavab özünü çox gözlətməyib.

CHP Partiya Məclisi üzvü Qaye Usluer isə bölgə rəhbərlərinin iradəsinin nümayəndələrin seçimindən üstün olmadığını bildirib.

 

Qeyd edək ki, CHP-nin seçkilərdə prezidentliyə namizədi Məhərrəm İncə tərəfdarları növbədənkənar qurultay çağırılaraq İncənin rəhbərliyə keçməsini istəyir. Bunun üçün imza toplama kompaniya başladaraq onlar, artıq yetərli imzanı topladıqlarını bəyan ediblər. Bazar ertəsinə kimi imza toplamağa davam edəcəklərini də bildiriblər.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı