Modern.az

Azərbaycanda ana ölümü artıb

Azərbaycanda ana ölümü artıb

Aktual

4 Sentyabr 2018, 22:18

Ötən il Azərbaycanda ana ölümünün səviyyəsi 2016-cı illə müqayisədə 5,8 faiz artıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, ana ölümünün səviyyəsi 2017-ci ildə əvvəlki illə müqayisədə şəhər yerlərində 1,4 dəfə azalıb, kənd yerlərində isə 1,4 dəfə artıb.

 

2017-ci ildə ölkədə ümumilkdə hər 100 000 diri doğulana düşən ana ölümü göstəricisi 14,6 olub ki, bu göstərici 2016-cı ildə 13,8 olub.

 

Keçən il şəhər yerlərində hər 100 000 nəfər diri doğulana düşən ana ölümü göstəricisi 11,5, kənd yerlərində 17,4 olub. Bu göstəricilər 2016-cı ildə müvafiq olaraq 15,6 və 12,1 olub.

 

2017-ci ildə hər 1000 diri doğulana düşən körpə ölümü göstəricisi qızlar arasında 9,7 (2016-cı ildə 9,7), oğlanlar arasında 12,3 (2016-cı ildə 12,8) olub. Bütövlükdə oğlan uşaqları arasında ölüm səviyyəsi qız uşaqlarına nisbətən daha yüksəkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı