Modern.az

“Office 2019” paketi təqdim edilib

“Office 2019” paketi təqdim edilib

Güncel

26 Sentyabr 2018, 21:23

"Microsoft" şirkəti Office 2019-un buraxılışını təqdim edib. Modern.az xəbər verir ki, paketə Word, Excel, PowerPoint, Outlook, Project, Visio, Access və Publisher daxildir. Paket hələ bulud əsaslı Office 365 xidmətinə keçməmiş şirkətlər üçün nəzərdə tutulub.

 

“Microsoft” nümayədəliyi qeyd edib ki, “Office 2019” paketində əvvəllər “Office 365” “bulud” xidmətində reallaşdırılmış bir sıra yeniləmələr tətbiq edilib. Məsələn, “PowerPoint”də kinematoqrafik təqdimatlar, “Word”də yeni tərcüməçi və “Excel”də qıfaoxşar diaqram və xəritəli diaqramlar əlçatan olub.

 

 “Office 2019” paketi “Windows 7” və “Windows 8.1” əməliyyat sistemlərini dəstəkləmir və yalnız “Windows 10” sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlərdə işləyir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı