Pakistan ordusu və polisinin Xayber-Paxtunxva əyalətinin Peşəvər şəhərində apardığı antiterror əməliyyatında beş terrorçu öldürülüb.
Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir
Əməliyyat zamanı terrorçuların sığındığı üçmərtəbəli qəzalı bina partladılıb. Öldürülən terrorçular “Təhrik-ei-Taliban” qruplaşmasının üzvləri olub.
Hökumət qüvvələrindən bir neçə adam yüngül yaralanıb. Əyalətdə digər terrorçu düşərgələrinin müəyyən edilməsi istiqamətində də iş aparılır.