Modern.az

Bakıda intihara cəhd edən şəxs qətl törədibmiş

Bakıda intihara cəhd edən şəxs qətl törədibmiş

Aktual

7 İyun 2019, 18:29

Bakıda intihara cəhdin təfərrüatları məlum olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Səbail rayonunda qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edən 1982-ci il təvəllüdlü, Ağsu rayonunda qeydiyyatda olan Abışov Fərhad Cəlal oğlu qətldə şübhəli bilinir.

 

Belə ki, bu gecə Səbail rayonunun Bayıl qəsəbəsində 1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı bıçaqlanıb. Qadın qanaxmadan ölüb.

 

İlkin məlumata görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib.

 

Qeyd edək ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, iyunun 7-də saat 14:00 radələrində Səbail rayonunda 1 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı